“Səbail”də daha bir ayrılıq

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi qapıçı Kamal Bayramovla vidalaşıb.

Bu barədə “dənizçilər”in mətbuat xidməti məlumat yayıb. Futbolçuya xidmətlərinə görə təşəkkür edilib.

Xatırladaq ki, Bayramov “Səbail”da ötən ilin yayından forma geyinirdi. O, son mövsümdə bu komandada 11 oyuna çıxıb.

“Səbail” daha öncə Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov, Maykl Essyen, Eltun Yaqublu və Eriko da Silva ilə də vidalaşmışdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah