Millimizin futbolçusu toplanışa gec qoşulacaq

İspaniyanın “Albasete” komandası bu gün yenidən bir araya gələcək. 
 
Newsport.az xəbər verir ki, bu barədə Azərbaycan millisinin futbolçusu Eddi İsrafilovun çıxış etdiyi klubun rəsmi saytı məlumat yayıb.
 
Sequnda təmsilçisi avqustun 12-də təlim-məşq toplanışının növbəti mərhələsinə start verəcək. İsrafilovdan başqa bütün oyunçular tibbi müayinədən keçəcəklər. İcazəli olan 28 yaşlı yarımmüdafiəçi hazırlıq prosesinə daha sonra qoşulacaq. 
 
Qeyd edək ki, "Albasete" 2019/20 mövsümündə İspaniya Sequndasının sonuncu - 42-ci turunda "Kadis"i 1:0 hesabı ilə məğlub edərək liqada qalmağı bacarıb. 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right