İngiltərə klubu Renat Dadaşovda israr edir

İngiltərənin “Koventri Siti” klubu Renat Dadaşovu heyətinə qatmaqda israrlıdır. Newsport.az “vavel.com” saytına istinadən xəbər verir ki, komanda yenidən yığmamızın üzvünü gündəminə gətirib.

Britaniya mətbuatı daha öncə bu transferin baş tutmadığını bildirmişdi. Ancaq komandanın “Vulverhempton”un iki oyunçusu – Ouen Otasovie və Renat Dadaşovla hələ də maraqlandığı yazılıb.

Qeyd edək ki, azərbaycanlı futbolçu Premyer Liqa təmsilçisinin U-21 komandasına çıxış edir. O, hələ ki əsas heyətlə debüt edə bilməyib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right