Oyunum ilə azarkeşlərə zövq yaşatmağa çalışacam" "Səbail"in legioneri

"Səbail"in yeni transferi Florian Kadriu klub saytına müsahibə verib:
 
- Yeni komanda ilə müqavilə imzaladın. Nə hisslər keçirirsən?
 
–  İlk öncə, mənə inandığınıza görə, təşəkkür edirəm. Burada olmağıma çox şadam, keçirdiyim hissləri dillə ifadə etmək mümkün deyil. Çox sevinirəm.
 
–  “Səbail”ə gəlməmişdən öncə Azərbaycan Premyer Liqasından nə məlumatın var idi?
 
–  Bilirdim ki, Azərbaycanın yüksək səviyyəli liqası var. Burada oynayan həmyerlilərim liqanın güclü olduğunu bildirmişdilər.
 
–  Öz oyun tərzini necə təsvir edə bilərsən?
 
– Oyunda sürətə və fərdi ustalığa daha çox güvənirəm.
 
–  Yaxınların səni necə çağırır?
 
–  Yaxınlarım məni Landi çağırır.
 
–  Mövsüm 21.08.2020-ci il tarixində start verir. Mövsümdən həm şəxsi, həm də, komandadan gözləntilərin nədir?
 
–  İnanıram ki, mövsümə qələbələr ilə başlaya biləcəyik. Komanda ilə birlikdə klubun ambisiyalarını doğrultmağa çalışacağıq.  Özüm şəxsən, ən yaxşı oyunumu göstərmək üçün əlimdən gələni edəcəyəm.
 
–  “Səbail”in azarkeşlərinə ismarıcın nədir?
 
–  Azakeşlərə ismarıcım odur ki, sizi məmnun etmək üçün ən yaxşı oyunumu göstərəcəyəm. Sizin dəstəyiniz çox vacibdir, komanda üçün 12-ci oyunçusunuz. Sizsiz futbolu təsəvvür etmək çox çətindir.  Öz oyunum ilə sizə zövq yaşatmağa çalışacağam.  Sizin üçün hər oyunda qol vurmaq üçün əlimdən gələni edəcəyəm.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right