"Keşlə"nin matçı Bakıda keçirilməyə bilər

“Keşlə”nin Avropa Liqasındakı matçı Bakıda keçirilməyə bilər. Newsport.az xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin rəqibi Albaniyanın "Laçi" klubunun direktoru Naim Halili "Panorama" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, Azərbaycanda koronavirus pandemiyası səbəbindən bəzi məhdudiyyətlər var. Klub funksioneri bu səbəbdən oyunun Kiprdə və İspaniyada keçirilə biləcəyini vurğulayıb. Halili yekun qərarın yaxın günlərdə veriləcəyini sözlərinə əlavə edib.

Qeyd edək ki, "Keşlə" – "Laçi" oyunu avqustun 27-də Bakıda keçirilməlidir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right