"Qarabağ" Çempionlar Liqası matçı üçün jurnalistlərə müraciət etdi

"Qarabağ" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində Şimali Makedoniyanın “Sileks” klubu ilə matç üçün akkreditasiya qeydiyyatından keçmək istəyən media mənsublarına müraciət edib. 

Newsport.az Ağdam təmsilçisinin rəsmi "Facebook" səhifəsinə istinadən xəbər verir ki, ölkə çempionu jurnalistlərin bəzi qaydaları yerinə yetirməsini xahiş edib:

1. Oyuna akkreditasiyanı sadəcə Peşəkar Futbol Liqasında (PFL) qeydiyyatdan keçmiş kütləvi informasiya vasitələri ala bilərlər.
2. Qeydiyyatdan keçmək üçün avqustun 15-i saat 18:00-a qədər PFL-dəki qeydiyyat vəsiqəsi və şəxsi fotosunu (həcmi 0.5 MB-dən az olmayan) [email protected] elektron adresinə göndərilməsi xahiş olunur. Göndərdikləri zaman yazılı mətbuatdırsa, qarşısına PRESS, fotoqrafdırsa FOTO, televiziya əməkdaşıdırsa TV yazmağı rica olunur.
3. PFL qeydiyyatı olmayan fotoqraflar isə “FOTO” akkreditəsi əldə etmək üçün iş vəsiqəsi və şəxsi fotosunu göndərməlidir. (Fotoqraflar üçün ilk 12 nəfərin müraciəti qəbul ediləcək)
4. Hər bir KİV-dən maksimum 1 nəfər qeydiyyatdan keçə bilər.
5. Qeydiyyat zamanı yerlərin məhdud olduğunu nəzərə alaraq, 2019-20-ci illər mövsümü üçün PFL-dən qeydiyyatdan keçən media mənsublarına üstünlük veriləcək.
6. Göndərdiyiniz emaildən təsdiq cavabı aldıqdan sonra akkreditasiyadan keçmiş sayılırsınız.
7. Akkreditasiyaların verilmə tarixi və yeri haqda məlumat veriləcək.
QEYD: Oyun öncəsi və sonrası mətbuat konfranslarında iştirak etmək istəyən kütləvi informasiya vasitələri öz müraciətlərində iştirak istəyini qeyd etməlidirlər.
QEYD: Hazırda davam edən COVİD-19 pandemiyasına görə, UEFA oyun əsasnaməsinə əsasən, mətbuat konfransı otağına məhdud sayda jurnalist buraxılacaq və bu səbədən ötən mövsüm mətbuat konfranslarında (Premyer Liqa və avrokubok) daha çox iştirak edən media mənsublarına üstünlük veriləcək.

Xatırladaq ki, "Qarabağ" - "Sileks" oyunu avqustun 18-də olacaq və saat 20:00-da başlayacaq. Bu cütün qalibi II təsnifat mərhələsində Şerif" (Moldova) - "Fola Eş" (Lüksemburq) cütünün güclüsü ilə üz-üzə gələcək.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah