"Səbail"dən ayrılan oyunçu Rumıniya klubunda

“Səbail”dən ayrılan Eriko da Silva karyerasını Rumıniyada davam etdirəcək. Newsport.az xəbər verir ki, o, sözügedən ölkənin UTA klubu ilə razılığa gəlib.

31 yaşlı futbolçu yeni komandası barədə ilk açıqlamasını da verib: "Burda olmaqdan məmnunam. UTA-nın necə klub olduğunu bilirəm. Ümid edirəm ki, komandaya kömək edə biləcəm. İstədiyimiz səviyyəyə çatacağımızı düşünürəm. Buraya gəlmək fürsətini mənə verən hər kəsə təşəkkürlər. Yenidən Rumıniyaya qayıtdığım üçün xoşbəxtəm”.

Qeyd edək ki, 2019/20 mövsümünü “Səbail”də keçirən Eriko da Silva daha əvvəl Rumıniyada “Universitatya Kluj”, “Astra” və “Panduri”nin formasını geyinib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right