“Neftçi"nin avrokuboklarda böyük təcrübəsi var” Bayrami

Şimali Makedoniyanın “Şkupi” klubunun məşqçisi Muharem Bayrami Avropa Liqasının 1-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
 
Newsport.az xəbər verir ki, klubun rəsmi saytına danışan 35 yaşlı mütəxəssis "Neftçi"nin Avropa arenasında böyük təcrübəsi olduğunu söyləyib.
 
Keçmiş yarımmüdafiəçi bildirib ki, matçın səfərdə keçirilməsi onlara çətinlik yaradacaq:
 
"Azərbaycan çempionatının öz ənənələri var. Səfərdə oynayacağımız üçün bizə çətin olacaq. Amma mərhələ bir oyundan ibarət olduğundan əlimizə düşən şansdan maksimum yararlanmağa çalışacağıq".
 
Bayraminin sözlərinə görə, "Neftçi"ni analiz etmək üçün kifayət qədər vaxtları var: "Ümid edirik ki, yeni transferlərimiz də formada olacaq. Favorit olmasaq da, maksimum nəticə qazanmaq üçün başımızı dik tutacağıq".
 
Qeyd edək ki, "Neftçi" - "Şkupi" oyunu avqustun 27-də keçiriləcək.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right