“Neftçi”nin rəqibi azərbaycanlı futbolçu transfer etdi

Millimizin sabiq futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

Newsport.az saytının məlumatına görə, 28 yaşlı müdafiəçi "Neftçi"nin Avropa Liqasının 1-ci təsnifat mərhələsində bu gün müəyyənləşən rəqibi "Şkupi"yə keçib.

Qeyd edək ki, "Neftçi"nin yetirməsi olan E.Yunuszadə "Qarabağ", "Sabah" və "Səbail"də də çıxış edib. 

Xatırladaq ki, "Neftçi" - "Şkupi" matçı avqustun 27-də Bakıda keçiriləcək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right