Abbasov rəqibin gücünü şişirtdi: “Əlimizdən gələni etməyə çalışacağıq”

“Tariximizdə ilk dəfə qatılacağımız Avropa Liqasındakı rəqibimizin kimliyini səbirsizliklə gözləyirdik. Dünən axşam məlum olan 4 potensial rəqibi demək olar ki, analiz etmişdik” – bu sözləri “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

O, klubun mətbuat xidmətinə açıqlamasında Şimali Makedoniyanın “Şkendiya” klubunun çox güclü heyətə malik olduğunu bildirib: “Püşkün nəticəsinə əsasən, Şimali Makedoniyanın “Şkendiya” klubunu qəbul edəcəyik. Rəqibimiz ötən mövsüm çempionatı 3-cü pillədə bitirib. Olduqca güclü heyətə malikdirlər. Rəqibin heyətinə nəzər yetirsək, görərik ki, ötən mövsümün ikinci bombardiri də məhz bu komandanın üzvüdür. Şimali Makedoniya təmsilçisinin ən böyük üstünlüyü isə “Sumqayıt”la oyuna qədər çempionatda 3 tur oynaması olacaq. Avropa Liqasında Azərbaycanın adını layiqincə təmsil etmək üçün əlimizdən gələni etməyə çalışacağıq”.

Qeyd edək ki, “Sumqayıt” bir oyundan ibarət bu mərhələdə rəqibini evdə qəbul edəcək. Görüş avqustun 27-də keçiriləcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right