Avrokuboklarda Azərbaycan üçün bir ilk

Avropa kuboklarında 2020/21 mövsümü Azərbaycan üçün bir maraqlı məqamla da yadda qalacaq.

Newsport.az-ın xəbərinə görə, tarixdə ilk dəfə olaraq, bir mərhələdə 4 klubumuzdan 3-ü eyni ölkənin təmsilçisi ilə qarşılaşacaq.

Məlum olduğu kimi, Çempionlar Liqasının birinci təsnifat mərhələsində “Qarabağ” Şimali Makedoniyanın "Sileks" komandası ilə görüşəcək. UEFA-nın qərarından sonra bu matç avqustun 18 və ya 19-da Bakıda olacaq.

Bu gün isə Avropa Liqasını püşkatması zamanı Şimali Makedoniyanın daha 2 komandası bizə rəqib olub. “Şkupi” “Neftçi”, “Şkendiya” isə “Sumqayıt”la qarşılaşacaq. Digər təmsilçimiz “Keşlə” isə Albaniyanın “Laçi” klubu ilə üz-üzə gələcək.

Qeyd edək ki, dörd klubumuzun hər birinin iştirakı ilə mərhələnin bir oyundan ibarət matçları Azərbaycanda keçirilməlidir. Avroliqada oyunlar avqustun 27-də gerçəkləşəcək. Lakin mövcud qaydalara əsasən, bir şəhər eyni gündə turnirin iki oyununu qəbul edə bilməz. Ona görə də istisna deyil ki, komandalarımızdan birinin iştirakı ilə oyun ya digər şəhərdə keçirilsin, ya da başqa gün təşkil olunsun.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right