İbrahim Şehiç: "Ərzuruma Çempionlar Liqasında oynayan komandadan gəldim"

Son olaraq Türkiyənin "Erzurumspor" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç transfer iddialarına münasibət bildirib. 

Newsport.az-ın məlumatına görə, 32 yaşlı qolkiper şəxsi "Instagram" hesabında növbəti mövsüm hansı komandada çıxış edəcəyi ilə bağlı qərar vermədiyini yazıb. 

Bosniya və Herseqovina millisinin üzvü son qərarı özü verəcəyini diqqətə çatdırıb: "Bu, mənim şəxsi qərarım olacaq. Qərarı ailəm və menecerim təsiri altında almayacağam. Həyatda həmişə yeni təcrübələr axtarıram. Ərzuruma da Çempionlar Liqasında oynayan komandadan gəldim. Buna görə də sizdən xahiş edirəm ki, bu mövzuda mənə hörmət edəsiniz. Mənim və ailəmin ünvanına çirkin fikirlər səsləndirməyin, bu, doğru deyil". 

Qeyd edək ki, İbrahim Şehiç "Erzurumspor"a 2018-ci ilin yayında "Qarabağ"dan keçib. O, 2015 - 2018-ci illərdə Ağdam klubunun formasını geyinib. "Erzurumspor" növbəti mövsümdən etibarən Türkiyə Super Liqasında çıxış edəcək. Daha əvvəl Türkiyə mətbuatı Şehiçin "Konyaspor"la anlaşdığını iddia edib.  





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right