Şakiri də "Qarabağ"ı favorit sayır: "Bakıda oynamaq "Sileks" üçün mənfi amildir"

"Qarabağ"ın keçmiş futbolçusu Artim Şakiri Ağdam klubunun ÇL-nin I təsnifat mərhələsində Şimali Makedoniyanın "Sileks" klubuna rəqib olması barədə danışıb.

 

Newsport.az "Gol" nəşrinə istinadla xəbər verir ki, 46 yaşlı veteran yarımmüdafiəçi "Qarabağ"ın qələbə qazanacağını söyləyib:

 

"Təsnifat mərhələsi bir oyundan ibarətdir və buna görə bəzi komandalar üçün mütləq çətin qarşılaşmalar olacaq. Ancaq düşünürəm ki, "Qarabağ" "Sileks"ə qalib gələcək. Qarşılaşma Bakıda keçiriləcək, bu da "Sileks" üçün məfi amildir. Hər halda, "Qarabağ" böyük və favoritdir, amma futbolda sürprizlər çoxdur".

 

Şimali Makedoniya millisinin keçmiş üzvü olan Albaniya əsilli futbolçu 2008-2009-cu illərdə "Qarabağ"da oynayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right