“Qarabağ”ın 7 mümkün rəqibi qaldı

Çempionlar Liqasının II təsnifat mərhələsinin püşkü ərəfəsində UEFA komandaları qruplara bölüb.

Newsport.az saytının məlumatına görə, Azərbaycan çempionu “Qarabağ”ın Şimali Makedoniya “Sileks”i ilə cütü 3-cü qrupda yer alıb.

Təmsilçimiz üçün püşkdə 4 variant var. Bu variantlarda 7 mümkün komanda ilə qarşılaşa bilər: “Midtülland” (Danimarka), “Şerif” (Moldova)/"Fola" (Lüksemburq) cütünün qalibi, “Konnah” (Uels)/“Sarayevo” (Bosniya və Herseqovina) cütünün qalibi, “Dinamo” (Tbilisi, Gürcüstan)/"Tirana" (Albaniya) cütünün qalibi.

Qeyd edək ki, II təsnifat mərhələsinin püşkü avqustun 10-da, oyunları 25-26-da baş tutacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right