Novruzov oynadı, komandası səfərdən xalsız döndü

Futbol üzrə Estoniya çemponatında 16-cı turun oyunları keçirilib.
 
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Nurlan Novruzovun formasını geyindiyi “Narva Trans” da növbəti matçına çıxıb.
 
Sözügedən kollektiv səfərdə “Kalyu” ilə qarşılaşıb. Futbolçmuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 0:3.
 
Novruzov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 68-ci dəqiqədə əvəzlənib.
 
Qeyd edək ki, “Narva Trans” 10 komandalı çempionatda 16 turdan sonra 16 xalla 7-ci pillədə qərarlaşıb.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right