PFL yeni mövsümün başlama tarixini və püşkatma gününü açıqladı

AFFA İcraiyyə Komitəsi tərəfindən yaradılmış İşçi Qrupunun təklifini, AFFA ilə aparılan müzakirələri, eləcə də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın 10.08.2020-ci il tarixdən açıq havada idman yarışlarına icazəsini nəzərə alan Peşəkar Futbol Liqası 2020/21-ci illər mövsümünün startı ilə bağlı yekun qərarını verib. 
 
Newsport.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, PFL yekun müzakirələrdən sonra yeni mövsümün start tarixi kimi 21 avqustu müəyyənləşdirib.
 
Artıq Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün püşkatma mərasiminin vaxtı da müəyyənləşib. Mərasim avqustun 12-də AFFA-nın inzibati binasında keçiriləcək. Klub və KİV nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlanacaq. Püşkatma mərasimi “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.




Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah