"Qəbələ" məşqçisi ilə yollarını ayırdı

“Qəbələ”nin əsas komandasının məşqçilər korpusunda dəyişiklik olub.

 

Newsport.az-ın məlumatına görə, “qırmızı-qaralar”ın məşqçisi kimi fəaliyyət göstərən Azər Bağırov komandadan ayrılıb.

 

2019-cu ilin oktyabrından klubda çalışan mütəxəssis 2019-2020-ci illər mövsümündə məşqçi funksiyasını yerinə yetirib. Onun “Qəbələ”də çalışdığı müddətdə 15 matça (13-ü Premyer Liqa, 2-si Azərbaycan kuboku) çıxan “qırmızı-qaralar” 6 qələbə qazanıb, 2 heç-heçə edib və 7 dəfə məğlub olub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah