“Səbail”də daha bir ayrılıq

“Səbail” daha bir futbolçusu ilə yollarını ayırıb.

Newsport.az xəbər verir ki, paytaxt təmsilçisi braziliyalı müdafiəçisi Eriko da Silva ilə vidalaşıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 2019/20 mövsümünün əvvəlində Rumıniyanın “Astra” klubundan “Səbail”ə keçən 31 yaşlı futbolçu Bakı təmsilçisində 12 oyuna çıxıb, 1 qolla yadda qalıb.

Xatırladaq ki, “Səbail” daha öncə Fəhmin Muradbəyli, Şəhriyar Rəhimov, Maykl Essyen, Ruslan Hacıyev və Eltun Yaqublu ilə də vidalaşmışdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah