Azərbaycan klubları avrokubok oyunlarını Gürcüstanda keçirəcək?

UEFA-nın növbəti videokonfransı təşkil edilib.

 

Newsport.az xəbər verir ki, qurum təsnifat mərhələsində səfərə yollanacaq komandalara çarter reysinin təşkili üçün 40 min avro ödəyəcək.

 

Bundan əlavə, UEFA sərt karantin rejiminin bir neçə ölkədə davam etməsindən narahatdır. qitənin əksər ölkələri iyundan etibarən normal həyata qayıtmağa doğru getsə də, bəzi ölkələrdə rejim sərt qalmaqdadır. Bu səbəbdən qitə qurumu həmin ölkələrin klublarının matçlarınə səfərdə və ya neytral meydanda keçirməsini istəyir.

 

Polşa, Macarıstan, Kipr, Yunanıstan və Gürcüstan başqa ölkələrin klublarını qəbul etməyə hazır olduqlarını deyiblər.

 

Azərbaycanda sərt karantin rejiminin avqustun 31-dək davam edəcəyini nəzərə alsaq, klublar rəqiblərini Gürcüstanda qəbul edə və ya bütün təmsilçilərimiz ilk mərhələnin oyunlarını səfərdə keçirə bilərlər.

 

Bu səbəbdən AFFA Nazirlər Kabineti yanında Operativ Qərargahla danışıqlar aparır və rəqiblərin Bakıya gəlməsi üçün icazə istəyir. UEFA püşkatmaya qədər Azərbaycandan yekun cavabı gözləyir.

 

Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü avqustun 9-u, Avropa Liqasında isə 1 gün sonra atılacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah