"Zirə" klubundan ayrılan legioner Azərbaycanı tərk edə bilmir

2019/2020 mövsümün sonunda "Zirə" ilə yollarını ayıran Mfo Kqasvane hələ də Azərbaycandadır.

Newsport.az "Mmegi.bw" saytına istinadən xəbər verir ki, ölkəsinin "Qaborone Yunayted" klubundan təklif alan botsvanalı futbolçu koronavirus pandemiyası səbəbindən vətəninə qayıda bilmir.

26 yaşlı vinger bunun üçün sənədlə bağlı problemləri həll etməlidir. Yerli "Taunşip Rollerz" klubunun da maraq dairəsində olan Kqasvanenin Avropada qalmaq ehtimalı da var. Köhnə Qitənin bəzi ölkələrinin aşağı liqa klubları onu heyətində görmək istəyirlər.

Qeyd edək ki, 2019-cu ilin yanvarından "Zirə"də çıxış edən Mfo Kqasvane ilə ötən yay 2 illik yeni müqavilə imzalanmışdı.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah