Nəbiyevli “Viktoriya” “Libereç”lə bacarmadı

Çexiyanın “Viktoriya” (Jijkov) komandası yoxlama oyununda qüvvəsini sınayıb.

Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçular – Fərid Nəbiyevlə Samir Qurbanovun formasını geyindiyi Jijkov təmsilçisi elitada mübarizə aparan “Libereç”lə qarşılaşıb.

Beş qolun qeydə alındığı matç “Viktoriya”nın məğlubiyyəti ilə başa çatıb – 1:4.

Fərid də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və fasilədə əvəzlənib. Əvəzedici komandanın üzvü olan Samir isə bu qarşılaşmada forma geyinməyib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right