"Sabah"dan Rusiya klubuna keçdi

"Sabah"ın futbolçusu Anar Panayev karyerasını Rusiyada davam etdirəcək.

 

Newsport.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi 3-cü liqada mübarizə aparan "Legion-Dinamo" klubuna keçib. Mahaçqala təmsilçisi Azərbaycan və Rusiya vətəndaşlığı daşıyan futbolçu ilə 1 illik müqavilə imzalayıb.

 

Dağıstanlı futbolçu "Anji"nin yetirməsidir. Anar 2019-cu ilin yayında "Sabah"a keçib. O, paytaxt klubunun əsas komandasında 1 oyunda meydana çıxıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right