"Qarabağ"ın oyunçusu ulduz futbolçularla eyni sırada

UEFA 2019/2020 mövsümündə avrokubokların qrup mərhələsində ən çox məhsuldar ötürmə verən futbolçuların adlarını açıqlayıb. Newsport.az xəbər verir ki, siyahıda "Qarabağ"ın yeni transferi Uroş Matiç də var.

Kiprin APOEL klubundan Ağdam təmsilçisinə keçən serbiyalı futbolçunun aktivində 4 assit var. O, bu göstərici ilə Brunu Fernandes (“Mançester Yunayted”), Riyad Mahrez (“Mançester Siti”), Kilian Mbappe, Anxel Di Mariya (PSJ), Koranten Tolisso (“Bavariya”) və Roberto Firmino (“Liverpul”) ilə birlikdə 3-cü pillədə qərarlaşıb. Siyahıya 6 məhsuldar ötürmə ilə Portuqaliya "Braqa"nın futbolçusu Qaleno başçılıq edir.

Qeyd edək ki, Uroş Matiç "Qarabağ"la 2+1 illik müqavilə imzalayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right