Millimizin futbolçusu ABŞ-da həftənin komandasına düşdü

Azərbaycan millisinin və ABŞ-ın "Finiks Rayzinq" klubunun futbolçusu Rüfət Dadaşov USL çempionatında həftənin rəmzi yığmasına düşüb.

Newsport.az-ın məlumatına görə,  VI turun "El Paso" ilə oyununda (3:1) 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalan 28 yaşlı forvard ən yaxşı "11-lik"də yer alıb.

Dadaşovla yanaşı, komanda yoldaşı qapıçı Erik Dik də fərqləndirilib.

Qeyd edək ki, Rüfət Dadaşov cari mövsüm vurduğu 4 qolla bombardirlərin siyahısında 2-ci pillədədir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right