“Sabah” “Neftçi”yə 5 qolla qalib gəldi

Qəbələdə təlim-məşq toplanışında olan “Neftçi” və “Sabah” bu gün yoxlama oyununda üz-üzə gəlib.

Newsport.az xəbər verir ki, Qəbələ şəhər stadionunda keçirilən və 7 qolun qeydə alındığı matç “Sabah”ın qələbəsi ilə başa çatıb.

Bu, hər iki komandanın Qəbələdəki üçüncü yoxlama görüşü olub. “Sabah” bundan əvvəl “Qarabağ”a 2:1, “Sumqayıt”a 1:0 hesabı ilə qalib gəlib. “Neftçi” isə “Sumqayıt”ı məğlub edib (3:0), “Qarabağ”a uduzub (0:1).

Yoxlama oyunu
4 avqust

Neftçi – Sabah 2:5
Qollar: Stiven Monroz, 3. İsmayıl Züıfüqarlı, 82 – Təmkin Xəlilzadə, 2. Ramil Şeydayev, 44. Abdulla Haybullayev, 64. Camal Cəfərov, 70. Kevin Kubemba, 84.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right