"Sumqayıt"dan "Gənclərbirliyi"nə

“Sumqayıt”ın əsas komandasının fiziki hazırlıq üzrə məşqçisi vəzifəsini icra edən Eduardo Karo Balada klubdan ayrılıb.

Newsport.az klubun saytına istinadən xəbər verir ki, ispan mütəxəssis Türkiyə Superliqasında çıxış edən Ankaranın “Gənclərbirliyi” klubunda yeni baş məşqçi təyin olunan Mert Nobre ilə çalışacaq.

"Sumqayıt" Eduya komandaya göstərdiyi xidmətlərinə görə təşəkkür edib, ona yeni klubunda uğurlar arzulayıb.

Qeyd edək ki, Edu ötən ilin iyulunda Premyer Liqası təmsilçisində işləyirdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right