"Neftçi"dən Bolqarıstan millisinin futbolçusuna təklif

"Neftçi" Bolqarıstan millisinin futbolçusu Martin Raynovla maraqlanıb. Newsport.az "Topsport" nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi "ağ-qaralar"dan təklif alıb.

Məlumata görə, tərəflər razılaşa bilmədiyi üçün danışıqlar dayandırılıb. Ölkə xaricində oynamaq istəyən təcrübəli oyunçunun yenidən son klubu Sofiya "Levski"sinə qayıtma ehtimalı da var.

Qeyd edək ki, karyerası ərzində yalnız Bolqarıstan klublarının formasını geyinmiş Martin Raynov yığmada 7 oyun keçirib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right