UEFA “Sumqayıt”ı təftiş etdi, tapşırıq verdi

UEFA “Sumqayıt”ın Avropa Liqasının birinci təsnifat mərhələsi üçün sifariş etdiyi “Kapital Bank Arena”nı incələməyə alıb.

Newsport.az-ıın məlumatına görə, hər yay olduğu kimi, bu il də avrokuboklar ərəfəsində qitənin ali futbol qurumu klubların beynəlxalq oyunlar üçün sifariş etdiyi stadionlarda yoxlama aparııb.

Əvvəlki illərdən fərqli, bu dəfə təftiş onlayn keçirilib. Arenanın, qazonunun durumu ilə bağlı UEFA-ya fotolar təqdim olunub. Vizual olsa da, ali qurumun rəsmiləri bütün incəlikləri gözdən keçiriblər və xırda çatışmazlıqlar ortaya çıxıb.

Onunla bağlı tövsiyələr verilib. Qitə futbol qurumu “Sumqayıt”a həmin çatışmazlıqları yaxın günlərdə aradan qaldırmağ tapşırıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right