"Qarabağ" "Neftçi"yə qalib gəldi

Qəbələdə təlim-məşq toplanışını davam etdirən “Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.

Newsport.az-ıın məlumatına görə, Ağdam təmsilçisi “Neftçi” ilə qarşılaşıb. Qəbələ şəhər stadionunda keçirilən matçda Qurban Qurbanovun baş məşqçisi olduğu komanda minimal hesabla qalib gəlib- 1:0.

19:30 "Qarabağ" – "Neftçi" - 1:0
Qol: 
Bədavi Hüseynov, 50
Qəbələ şəhər stadionu

53-cü dəqiqədə "Qarabağ"dan Filip Ozobiç penaltini dəqiq yerinə yetirə bilməyib.

Qeyd edək ki, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” bundan əvvəl keçirdiyi yoxlama oyunlarında “Keşlə”yə 3:1 hesabı ilə qalib gəlib, “Sabah”a isə 1:2 hesabı ilə məğlub olub. Avroliqa təmsilçimiz “Neftçi” isə “Sumqayıt”ı 3:0 hesabı ilə udub.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah