"Azərbaycan Avropa çempionatının final mərhələsinə yüksəlməyə ümid edir"

"Goal" nəşri italiyalı mütəxəssis Canni De Byazinin Azərbaycan millisinin baş məşqçisi təyin edilməsi ilə bağlı məqalə dərc edib.

Newsport.az-ın məlumatına görə, 64 yaşlı mütəxəssisin Azərbaycanı Avropa çempionatının final mərhələsinə çıxarmağa çalışacağı qeyd edilib:

"Albaniya millisinin keçmiş çalışdırıcısı yeni bir komanda qurmaq üçün iki il müddətində Azərbaycana rəhbərlik edəcək. De Byazi üçün yeni bir macəradır. O, milli komandanı növbəti Avropa çempionatının final mərhələsinə çıxmarmağa çalışacaq. O, avqustun 10-u Bakıya yollanacaq və işinə başlayacaq. 

 

Millətlər Liqası və dünya çempionatının seçmə mərhələsində əhəmiyyətli bir uğur baş verəcəyi təqdirdə, iki illik müqavilə uzadılacaq, növbəti Avropa çempionatı üçün hazırlıq görüləcək. De Byazi Albaniyanı qitə çempionatına çıxartdı. Azərbaycan da buna ümid edir.

2017-ci ildə "Alaves"dən ayrılandan sonra De Byazi televiziyada şərhçi və ekspert rolunu oynayaraq, futbolda yeni bir çağırış gözləyirdi. İndi yeni bir dəvət var və bu, Albaniya ilə müqayisədə daha böyük imkanlara sahib olan Azərbaycandır.

Sentyabrda italiyalının ilk sınağı olacaq və Azərbaycan Lüksemburqla qarşılaşacaq, sonra eyni ayda Kiprlə qarşılaşma baş tutacaq".

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right