Qurban Qurbanovun imtina etdiyi klubda yeni baş məşqçi

Yeni mövsümdə Türkiyə Super Liqasında mübarizə aparmaq hüququ qazanan “Hatayspor”un yeni baş məşqçisi müəyyənləşmək üzrədir.

Newsport.az “NTV Spor”a istinadən xəbər verir ki, klub Ömer Erdoğanla razılığa gəlib.

“Hatayspor”un yeni idman direktoru Fatik Kavlak 43 yaşlı mütəxəssislə görüşüb və onunla razılıq əldə edib. Klubun bu təyinatı qısa zamanda açıqlaması gözlənilir.

Qeyd edək ki, Ö.Erdoğan bu mövsüm “Fatih Karagümrük”ü çalışdırıb və İstanbul təmsilçisi ilə 12 oyuna çıxıb. O, daha əvvəl “Bursaspor”, “Eskişeherspor” və “Tuzlaspor”da baş məşqçi köməkçisi olub.

Xatırladaq ki, “Hatayspor” “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovu baş məşqçi vəzifəsinə gətirmək üçün danışıqlar aparsa da, 48 yaşlı mütəxəssis bu dəvəti qəbul etməmişdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right