“Neftçi”dən İran millisinin hücumçusuna təklif

İran milli komandasının və “Persepolis”in futbolçusu Əli Əlipur karyerasını Azərbaycanda davam etdirə bilər.

Newsport.az xəbər verir ki, 25 yaşlı hücumçuyla “Neftçi” yaxından maraqlanır. Bu barədə “Metaratings” nəşri məlumat yayıb. Xəbərdə, Bakı təmsilçisinin Əlipura illik 300 min avro qazanacağı müqavilə təklif etdiyi bildirilib.

Son mövsümdə “Persepolis”lə 16 oyunda iştirak edən Əlipuer, 5 qol vurub və 7 məhsuldar ötürmə edib. Hücumçu 3 dəfə də İran yığmasının formasını geyinib.

Əlipurun “Persepolis”lə müqaviləsi iyunun sonunda bitib. Futbolçu komandasıyla hələ yeni müqavilə imzalamayıb.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right