AFFA "Borussiya"nın yetirməsini milliyə gətirmək istəyir

AFFA Almaniyanın "Borussiya" (Dortmund) klubunun sabiq futbolçusunu Azərbaycanın aşağı yaş qrupları üzrə yığmasına cəlb etmək istəyir. Newsport.az xəbər verir ki, bu barədə Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov "Zen.yandex.ru" saytına müsahibəsində bildirib. 
 
Lakin o, oyunçunun adını açıqlamayıb.
 
Adıgözəlovun sözlərinə görə, 15 yaşlı yarımmüdafiəçi hələlik AFFA-nın təklifinə müsbət cavab verməyib: "AFFA-nın milli komanda ilə işləmə prinsipi uğurludur. Bunu Dadaşov qardaşlarının timsalında milliləşdirmə məsələsində görmək olar. Bilirəm ki, AFFA Dortmund "Borussiya"sında çıxış etmiş 15 yaşlı azərbaycanlı futbolçunu milli komandaya cəlb etmək üçün onunla müqavilə bağlamaq istəyir. Amma həmin oyunçu hələlik Azərbaycan millisində çıxış etmək istəmir".
 
Həmin futbolçunun kimliyi üzə çıxıb. Bu, martda Almaniyanın aşağı liqa təmsilçilərindən "Hombrüxer"ə keçən Mətləb Əsədovdur. 
 
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında Əsədovun Texniki Departamentin nəzarətdə saxladığı futbolçuların siyahısında olduğunu təsdiqləyib: "AFFA-nın bundan xəbəri var. Texniki Departamentin digər ölkələrdə çıxış edən futbolçularla bağlı siyahısı olur. Mətləbin adı da həmin siyahıdadır. Vaxtaşırı olaraq onu izləyirlər".
 
Qeyd edək ki, Mətləb Əsədov Dortmund "Borussiya"sının Futbol Akademiyasının yetirməsidir. (report)




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right