"MLS klubları Mahir Emrelini almaq istəyirdilər"

Moldovada yaşayan azərbaycanlı futbol agenti Ramil Adıgözəlov "Zen.yandex.ru" saytının suallarını cavablandırıb. Newsport.az həmin müsahibəni təqdim edir.
 
- Azərbaycanda hansı futbolçularla işləmisiniz?
 
- İlyarım öncə Avropadakı həmkarlarım mənimlə əlaqə saxladılar. Onlar Azərbaycana uçmağımı və Mahir Emreli ilə bağlı danışıqlar aparmağımı xahiş etdilər. AFFA vasitəsilə onun agentləri ilə görüş təşkil etdim. Söhbət etdik, şərtləri soruşdum. Mahirin 2 agenti var. Əlbəttə, futbolçunun özü görüşdə iştirak etmədi. Açığı, onun dəqiq fikrini bilmədim. Bundan sonra Mahirə olan maraq itdi. Futbolçuya il ərzində bir neçə dəfə yenidən maraq olsa da, təəssüf ki, nə isə mane oldu. Açığı, onun nə vaxtsa Azərbaycanı tərk edəcəyinə inanmıram. Emrelinin artıq 23 yaşı var. Avropanın yaxşı çempionatlarına getmək üçün 1 ili var. Onu istedadlı futbolçu hesab edirəm. Mümkün qədər tez ölkə xaricinə getməlidir. 
 
- Emrelini hansı klublar istəyirdi?
 
- Həmin vaxt Avstriyanın "Rapid" (Vyana) klubundan maraq var idi. Bolqarıstan "Levski"sindən birbaşa mənimlə əlaqə saxlamışdılar. Hətta onun agenti demişdi ki, "Qarabağ"dan "Levski"yə keçmək biabırçılıqdır. Həmçinin Macarıstan "Ferentsvaroş"undan da təklif var idi.
 
- Şəxsi söhbətimizdə mənə MLS haqqında da danışmısınız. Məgər amerikalılar Azərbaycan çempionatını izləyirlər? Digə tərəfdən, cdoğrudanmı Mahir Emreli Türkiyə klubları üçün maraqlı deyil?
 
- Amerikalılar Azərbaycan çempionatını yox, milli komandaların üzvlərini izləyirlər. Emreli yığmada özünü yaxşı tərəfdən göstərib. Çempionlar Liqası və Avropa Liqasında çıxış edib. Türkiyə klublarına gəlincə, Amserdamdakı forumda "Fənərbağça" və "Beşiktaş"ın nümayəndələri ilə danışdım. Onların hamıı Mahir Emrelini tanıyır. Onun adı "şort-list"də olub. Amma bundan o tərəfə keçməyib. Türklər Azərbaycanın top-klublarından futbolçu götürməyə hazır deyillər. Ən azı bir transfer lazımdır ki, bu tilsimi sındırsın. Amma Azərbaycan futbolu hələlik bu istiqamətdə öz pəncərələrini açmayıb.
 
- MLS-dən hansı klublar Mahir Emrelini almaq istəyirdi?
 
- Bir neçə kluba - "Çikaqo", "Kolambus", "Orlando", "Nyu-York Red Bulls", "Neşvill", "San-Xose" və "Los-Anceles"ə danışıq aparmaq üçün icazə verilmişdi. Onlar tamhüquqlu transfer istəyirdilər. Bu, pandemiyadan əvvəl olmuşdu. Daha sonra isə maraq azalmağa başladı. Danışıq aparmaq çətinləşdi. Uzun müddət gözləsək də, sadə suallara konkret cavab ala bilmədik. Mahirin özü isə ABŞ-a getməkdə maraqlı idi.O, ağıllı oğlandır, ingilis dili ilə yanaşı, bir neçə xarici dil bilir. Qərbi Avropa da ona çox maraqlı gəlir.
 
- Bəs onun menecerləri futbolçunun getməsində maraqlı idilər?
 
- Bəli. Amma digər insanlar ona bu işdə kömək etmədilər. Mənim subyektiv fikrim belədir ki, getmək üçün ən yaxşı vaxt artıq keçdi. Çempionlar Liqasında çıxış etdikdən sonra, yəni, 21 yaşında daha yaxşı qiymətə transfer oluna bilərdi.
 
- Siz bu məsələdə vasitəçisiniz?
 
- Bəli, Mahirlə bağlı məsələdə vasitəçiyəm. Sadəcə, öz həmkarlarıma məsləhət verirdim.
 
- Danışıqları niyə siz aparmırdınız?
 
- Qərara aldım ki, azərbaycanlı olaraq bu məsələdən uzaq durum.
 
- Maraqlı mövqedir...
 
- Azərbaycan futbolunda bəzi problemlər var. Ölkəmi nə qədər sevsəm də, futbolumuzda qeyri-peşəkarlıq görürəm. AFFA-da rəsmən 3 agent qeydiyyatdan keçib. Onlardan heç biri daxili bazarda işləmir. Üstəgəl, bir neçə əcnəbi var. Futbolçunun agenti yoxdursa, bunun üçün rəsmi şəkildə müraciət edib danışıq aparmağa icazə almalısan. Onu isə sənə vermirlər. Klubdan kağız aparanda belə, icazə vermirlər. Çünki qohumlar, digər menecerlər, klub məşqçiləri məsələyə qarışırlar. Onlar sənin üzərindən klubla əlaqəyə girməyə çalışırlar. Bu mühiti yenidən formatlaşdırmaq lazımdır. Çünki azərbaycanlıların Avropada necə oynadığını pi-yaxşı bilirik.
 
- Hansısa gənc futbolçunun Azərbaycandan kənara çıxmasına və pul qazanmasına kömək etmək fikriniz var?
 
- Robin Qud kimi görünmək istəmirəm. Heç vaxt gənc azərbaycanlı futbolçunun transferindən çox pul qazana bilməzsən. Amma onun inkişafı üçün kömək etmək istəyərəm.
 
- Emil Balayevin MLS-ə gedəcəyi ilə bağlı xəbərlər doğru idi?
 
- Balayevin özü MLS-ə getmək istəyirdi. Amerika ona maraqlı gəlir. Emili Polşa və Belçikadan istəyən klublar var idi. Danışıq üçün icazə da alınmışdı. Amma, yenə maliyyə məsələsi mane oldu. Ona Qazaxıstanda və "Qarabağ"da qazandığı pulu heç bir Avropa ölkəsində verməzlər. Halbuki səviyyəsi Avropada oynamağa imkan verir. Sadəcə, maaş məsələsində ikiqat fərq var.
 
- Balayev ABŞ-a getmək istəyirdi. Bəs onu orada gözləyənlər var idi?
 
- Bəzi söz-söhbətlər gəzirdi. Amma bunu mən yox, azərbaycanlı agentlərdən biri etmişdi. Yəqin, nə isə olub.
 
- Deyəsən, Azərbaycan futboluna nifrət edirsiniz...
 
- Tam olaraq, elə deyil. AFFA-nın işini fərqləndirmək istərdim. Federasiya yaxşı işləyir. Ölkə futbolu təmizlənib. Yüksək liqada artıq danışılmış oyunlar yoxdur. I Divizionda isə hələ də var. Eyni şeyi Moldovada da etmək lazımdır. Burada oyunların 80 faizi danışılmış olur.
 
- Futbolçu olsaydınız, hansı yığmada oynayardınız: Moldova, yoxsa Azərbaycan?
 
- Əlbəttə ki, Azərbaycan millisində çıxış edərdim. Mən azərbaycanlıyam, Vətənimi sevirəm.
 
- Moldova yığması Azərbaycandan bir az güclü, Rusiyadan isə çox zəifdir. Razısınız?
 
- Moldova Azərbaycanla eyni səviyyədədir. Yeganə üstünlükləri Rusiya və Avropada çoxlu legionerlərinin oynamasıdır. Amma Azərbaycan klubları Moldovadakından çox güclüdürlər. Ümumilikdə isə fikirləriniz doğrudur. (tərcümə: report)
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right