“Qəbələ” 3 futbolçunun müqaviləsini uzatdı, keçmiş kapitanını qaytardı

“Qəbələ” müqavilə müddəti başa çatan daha üç futbolçu ilə anlaşma əldə edib.


Newsport.az xəbər verir ki, “qırmızı-qaralar” qapıçı Anar Nəzirov, gürcü yarımmüdafiəçi Merab Qiqauri və çilili oyunçu Rodriqo Qattası komandada saxlayıb. Müqaviləsi başa çatan hər üç futbolçu ilə 2020/21 mövsümünün sonuna qədər razılıq əldə olunub. 


Əyalət təmsilçisi “Zirə”dən ayrılan keçmiş kapitanı Cavid Hüseynovla da anlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right