Ağdamsız 27 il

Bu gün Ağdamın işğalından düz 27 il ötür. Özü işğal altında qalsa da, onu təmsil edən "Qarabağ" futbol klubu ilə  beynəlxalq idman arenalarında adı tez-tez çəkilən Ağdam Qarabağın ən böyük şəhərlərindən biridir. Düşmənin qarşısında təkbaşına 5 il davam gətirən bu şəhər 6000-dək şəhid vermişdir. Onun işğalı nəticəsində 126 mindən çox insan didərgin düşmüşdü.

Keçən həftə mənfur düşmənin öz havadarlarına arxalanaraq torpaqlarımıza yenidən hücumu zamanı şəhid olan vətən övladlarınının xatirəsini ETOPAZ yaddaqalan bir video yayınlayaraq yad etdi.

Marka bu gün də Ağdam üçün bir video hazırlayıb. Bu videonun məqsədi Ağdamla bağlı həqiqətləri və Ermənistanın işğalçı mahiyyətini dünyaya çatdırmağa dəstək verməkdir. Ona görə də video ingilis dilində də hazırlanıb.

Ümid edirik ki, görülən bütün bu işlərin çox çəkmədən bir nəticəsi olacaq və xalqımız öz itirilmiş torpaqlarına qovuşacaq.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right