"Zirə"dən ayrılan futbolçu "Sumqayıt"a keçdi

2019/2020 mövsümünün sonunda "Zirə"dən ayrılan Tellur Mütəllimovun yeni klubu müəyyənləşib.

Newsport.az-ın Report.az-a istinadən verdiyi xəbərə görə, 25 yaşlı futbolçu "Sumqayıt"la anlaşıb.

Yarımmüdafiəçi ilə 1 illik müqavilə imzalanacaq.

Qeyd edək ki, "Qəbələ"nin yetirməsi olan T.Mütəllimov 2015-2017-ci illərdə bu komandanın formasını geyinib. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right