"Bu ərəfədə "Sumqayıt"dan ayrılmaq mənim üçün ağır olardı" - Abbasov

"Sumqayıt"la müqavilə müddətini 1 illik artıran Ayxan Abbasov açıqlama verib.

 

Newsport.az-ın məlumatına görə, o, klubun saytına bunları deyib:

 

“Ötən ilyarımda qazandığımız nəticələr bizi sevindirir. Lakin, bizdən asılı olmayan səbəblərə görə bəzi oyunçularımızı komandada saxlaya bilmədik. Bu ərəfədə “Sumqayıt”dan ayrılmaq mənim üçün ağır olardı. Ümidvaram ki, yenidən döyüşkən bir heyət qurub, həm Avropa Liqasında, həm də Premyer Liqada mübarizə aparacağıq”.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah