"Neftçi"dən 5000 dollar çox istədi, transferi alınmadı

«Neftçi» Klesio Baukun adını transfer siyahısından çıxarıb.

Newsport.az-ın məlumatına görə, mozambikli yarımmüdafiəçinin şərtləri paytaxt təmsilçisini qane etməyib.

Belə ki, bu mövsüm «Qəbələ»nin formasını geyinən legioner «ağ-qaralar»dan aylıq 15000 dollar istəyib. «Qırmızı-qaralar»da maaşı 10 min dollar olan sabiq «İstanbulspor»lu maddi tələbini aşağı çəkmədiyindən, bakılılar ondan vaz keçib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right