"Qurban Qurbanovu gətirdilər, işləməyinə imkan vermədilər"

"Millinin əcnəbi baş məşqçiyə ehtiyacı yox idi".

Newsport.az-ın məlumatına görə, bunu apasport.az-a Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov deyib.

Canni de Byazinin Azərbaycan yığmasının baş məşqçi postuna təyinatını dəyərləndirən 37 yaşlı keçmiş yarımmüdafiəçi bunun heç bir nəticə verməyəcəyini düşünür:

"Kərtənkələyə motor da qoşsan uçan deyil. Bizim yığmadan bundan artıq nəsə gözləməyə dəyməz. Çünki olanımız budur. Hazırkı nəsildən daha artığını gözləmək yersizdir.

Baş məşqçi dərdi çəkməkdənsə, regionlarda uşaq futbolunu dirçəltmək, akademiyalar yaratmaq lazımdır. Uğurlu olmayacağını bilə-bilə yenə milyonları verib əcnəbi məşqçi gətirdilər. De Byazi də eyni futbolçuları oynadacaq, 1-2 ildən sonra da deyəcək ki, alınmadı.

Onun da əvvəlkilərdən bir fərqi olmayacaq"."Bakı", "Neftçi", "Xəzər Lənkəran" kimi klublarda çıxış etmiş Abbasov yığmaya əcnəbi mütəxəssis gətirməyin mənasız olduğunu söyləyib:

"Millini 5-10 il yerli məşqçiyə həvalə etmək və bütün gücü uşaq futboluna qoymaq lazımdır. Qurban Qurbanovu gətirdilər, işləməyinə imkan vermədilər. Onun yerinə gətirdikləri Nikola Yurçeviç 1 xal topladı.

O da necə oldu Xorvatiya heç-heçə etdi, bilinmədi. Harada işlədiyi bilinməyən bir məşqçi idi. Yerli məşqçilərimiz gətirdikləri əcnəbilərdən səviyyəlidir. Hər əcnəbi gəldikcə futbolumuz daha bir il geri düşür".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right