"Rəşad Sadıqovun karyerasını bitirdiyinə inanmıram"

Rəşad Sadıqovla tanışlığım tamam kənarda olub".

Newsport.az-ın məlumatına görə, bunu “report”un "Instagram" səhifəsində canlı yayımda Azərbaycan millisinin karateçisi Rafael Ağayev deyib.

Titullu idmançı bildirib ki, Azərbaycan millisinin və "Qarabağ"ın sabiq kapitanının karyerasını bitirməyinə inanmır: "Bunu özünə də bildirmişəm. Demişəm ki, bir də gördün qayıtdın oynadın. Artıq o, karyerasına məşqçi kimi davam edəcək. Rəşada işində uğurlar arzulayıram".

Ağayev Azərbaycan klublarına daha çox avrokuboklarda azarkeşlik etdiyini söyləyib: "Qarabağ”ın avrokuboklardakı bütün oyunlarını izləmişəm. Gedib stadionda “Rəşad”, “Qarabağ” qışqırırdım. Bir dəfə də dostumuz Hacı Əliyev bunu videoya çəkib məni biabır etmişdi".

 





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah