De Byazi Albaniyadakı qazancından qat-qat çox maaş alacaq

Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi federasiyadan 1,5 il üçün 900 min avro (bonuslar da əlavə ediləcək) maaş alacaq. Onun aylıq məvacibi 50 min avro edir (təxminən 96 min manat).

 

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssis Azərbaycanda Albaniya yığmasında qazandığından daha çox maaş alacaq. Albaniyanı AÇ-2016-nın final mərhələsinə çıxartmış 64 mütəxəssisin həmin dönəmlər illik qazancı 154 min avro olub.

 

O, bu göstəricidə Avropa çempionatında ən az maaş alan 3-4 çalışdırıcıdan biri olmuşdu.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah