"Azərbaycana böyük inamla yollanmışdım" perulu futbolçu

"Karyeramı Avropada davam etdirmək istəyirəm. Bütün bunları Peruda daha sakit şəkildə təhlil edəcəyəm".

Newsport.az xəbər verir ki, bu sözləri  "Zirə"dən ayrılan müdafiəçi Alvaro Ampuero deyib.

Hazırda azad agent olan 28 yaşlı sol cinah müdafiəçisi Peru mətbuatına açıqlamasında "Zirə"dəki çıxışından razı qalıb: "Azərbaycana böyük inamla yollanmışdım və orada mövsüm ərzində çox oynadım. Lakin koronavirus pandemiyası səbəbindən çempionat erkən başa çatdı. Oradakı çıxışımdan məmnunam".

Peru millisinin üzvü Azərbaycanla ölkəsinin futbolunu da müqayisə edib: "Bizdə texniki oyuna üstünlük verilsə də, Azərbaycanda güc, sürət və mübarizə futbolu oynanılır. "Zirə"də sol cinah müdafiəçisi kimi çıxış edirdim. Bəzən 3-5-2 sistemində oynayırdıq və bu da mənim üçün üstünlük idi. Baş məşqçinin istənilən sisteminə uyğunlaşa bilirdim".

Ampuero ölkəmizdə diqqətini çəkən bir məqama da toxunub: "Bu ölkə mövcud adətlərə, xüsusən də, dini məsələyə görə bir qədər fərqli idi. Məsələn, oyunların fasiləsində namaz qılmaq ənənəsi var və siz buna hörmətlə yanaşmalısınız. Yeməkləri pis deyil. Amma adam Peru yeməklərindən ötrü də darıxır".

Qeyd edək ki, Alvaro Ampuero geridə qalan mövsüm Premyer Liqada 16 matçda iştirak edib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah