Canni De Byazinin müqavilə şərtləri və maaşı

Azərbaycan millisinin baş məşqçisi təyin ediləcək Canni De Byazinin müqavilə şərtləri müəyyənləşib.

 

Newsport.az-ın məlumatına görə, italiyalı mütəxəssislə 1,5 illik müqavilə imzalanacaq. Ancaq yığmanın Millətlər Liqasındakı çıxışından çox şey asılı olacaq. Əgər millinin bu ilin sonuna qədər keçiriləcək turnirdəki çıxışı qənaətbəxş hesab edilsə, De Byazi işinə davam edəcək.

 

64 yaşlı mütəxəssis və onun köməkçilərinə 1,5 il ərzində 900 min avro+bonuslar ödəniləcək. Yığma komanda Millətlər Liqasında qrupu 1-ci tamamlasa, maaş artırılacaq.

 

Canni De Byazi Son olaraq 2017-ci ildə İspaniyanın "Alaves" klubunu çalışdırıb. O, daha çox Albaniya millisindəki nəticələri ilə tanınır. İtaliyalı mütəxəssis yığmanı AÇ-2016-nın final mərhələsinə yüksəltməyi bacarmışdı.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right