"Neftçi" Dario ilə yolları ayırdı

"Neftçi” müqavilə müddəti başa çatan yarımmüdafiəçi Dario Frederiko ilə qarşılıqlı razılaşma əsasında yollarını ayırıb.

Newsport.az-ın məlumatına görə, bu barədə klubun saytı məlumat yayıb. Braziliyalı futbolçuya gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Dario Frederiko "Neftçi”nin heyətində keçirdiyi iki mövsüm ərzində 40 oyunda meydana çıxıb, 5 qol vurub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right