Qərargahdan bütün Premyer Liqa klublarına ŞAD XƏBƏR

Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünün startı avqustun ortalarına planlaşdırılır. Bununla bağlı məsələ AFFA-nın İcraiyyə Komitəsinin bugünkü videokonfransında müzakirə olunub.

Newsport.az-ın məlumatına görə, bir müddət əvvəl avrokuboklarda iştirak edən klubların təlim-məşq toplanışı üçün razılıq alan AFFA həmçinin digər 4 komandanın da Premyer Liqaya hazırlaşmasından ötrü Nazirlər Kabineti yanında Operativ Qərargaha müraciət ünvanlayıb.

Bu gün bununla bağlı müsbət cavab da gəlib. Elita təmsilçilərinə yeni mövsümün hazırlığına başlamaq icazəsi verilib. Komandalar sərt karantin rejiminin tətbiq edilmədiyi bölgələrdə təlim-məşq toplanışı keçə bilərlər.

Klublar əvvəlcə koronavirus testindən keçəcək, daha sonra isə məşqə başlaya biləcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right