Premyer Liqamızda yeni mövsümün başlama vaxtı müəyyənləşdi

Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünün başlama vaxtı müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, bu barədə AFFA-nın vitse-prezidenti və İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov bildirib. Onun sözlərinə görə, İK-nın bugünkü iclasında AFFA-nın prezidenti Rövnəq Abdullayev çempionatın avqustun ortalarında başlanılmasına tapşırıq verib.

Sadıqov bu gündən avrokuboklarda iştirak edəcək klublar üçün Nazirlər Kabineti yanında Operativ Qərargahdan rəsmən icazənin alındığını da əlavə edib.(Report)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right