Azərbaycan klublarının avrokubok oyunları azarkeşsiz keçiriləcək

Çempionlar Liqası və Avropa Liqasında 2020/21 mövsümünün təsnifat mərhələsinin oyunları azarkeşsiz keçiriləcək.

Newsport.az-ın məlumatına görə, UEFA İcraiyyə Komitəsi onlayn video konfransda bu qərarı verib. Komitənin növbəti qərarına kimi qərar qüvvədə qalacaq.

Hər iki turnirin oyunları bir mərhələdən ibarət olacaq. Pley-off mərhələsində isə cavab qarşılaşması da keçiriləcək.

"Qarabağ" Çempionlar Liqasında, "Neftçi", "Keşlə" və "Sumqayıt" klubları isə Avropa Liqasında Azərbaycanı təmsil edəcəklər.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right