Kamran Ağayevi futbola "Zirə" qaytaracaq?

Bir ildən artıqdır yaşıl meydanlardan uzaq düşən Kamran Ağayev tezliklə karyerasını bərpa edə bilər.

Newsport.az-ın məlumatına görə, «Zirə» millinin keçmiş qapıçısını futbola qaytarmaq istəyir.

Vaxtilə Türkiyə, Portuqaliya və Çexiyada legioner həyatı yaşamış «əlcək sahibi» bundan xəbərdardır. Danışıqlar alınsa, «qartallar» onunla 1 illik müqavilə imzalayacaq.

Təbii ki, keçid baş tutarsa. Ağayevi əsas qapıçı kimi meydanda izləməyəcəyik. Xüsusilə ilk vaxtlar. Hər halda o, ötən ilin mayından bəri oyun praktikasından uzaqdır və forma yığması ən azı 2-3 ay vaxt aparacaq.

«Zirə» dbemək olar qapıçısız qalıb. Emil Balayev «Qarabağ»la anlaşıbsa, Orxan Sadıqlı düşərgəni tərk edib. Boyan Zoqoviçlə müqavilə yenilənməyib, dördüncü qapıçı Abdulla Seyidəhmədov isə çox gəncdir.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right