"Düşünürdüm ki, maaş daha yaxşı olar, əksini görüncə, razılaşmadım"

Newsport.az-ın məlumatına görə, ötən çempionatda “tələbələr”in formasını geyən Kərim Diniyev, Vadim Abdullayev, Cavid İmamverdiyev, Rəşad Eyubov və Məqsəd İsayevlə yollar ayrıldı ki, xüsusən son iki nəfərin gedişi yetərincə təəccüblü oldu.

Lakin onunla da yeni müqavilə imzalanmadı. Əslində ayrılığı baş məşqçi Jelko Sopiçin istədiyini düşünürdük. Lakin səbəbkarın özü ilə danışanda əsl səbəbi öyrəndik. Sən demə...

- “Sabah”dan ayrılmağın nə dərəcədə gözlənilməz oldu? Məsələn, sabiq komanda yoldaşın Kərim Diniyev müsahibəsində belə olacağını əvvəldən hiss etdiyini demişdi.
- Açığı, mən qətiyyən gözləmirdim. Çünki iki il ərzində “Sabah”da ən çox oyun keçirənlərdən biri mən idim. Başa çatan mövsümdə də 20 qarşılaşmnın 15-də forma geymişdim. Belədə ayrılığı ağlımdan keçirmirdim.

- İndi də iki əlinlə başını tutursan...
- Elədi. Nə etmək olar? Qismət. Alınmadısa, deməli, xeyirlisi bu imiş.

- “Sabah” niyə daim meydanda olan futbolçu ilə yolları ayırmaq qərarına gəlsin ki?
- Vallah, özümə də maraqlıdı, amma səbəbini bilmirəm.

- Sopiçlə aran necə idi?
- Pis deyildi, yaxşı idi. O gələndən, səhv etmirəmsə, 8 oyun keçirmişdik, hamısında da forma geymişdim. Üstəlik, ilk dəqiqələrdən meydanda olmuşdum, həm də əvəzlənmədən sona qədər oynamışdım. Baş məşqçi ilə elə bir problemim yox idi.

- Bundan sonra nə etmək fikrin var?
- Görək də. Hələ ki təklif yoxdu. Yəqin bir variant olar. Gözləməkdən başqa çarə yoxdu.

- Komanda baş məşqçisizdi, amma “Zirə” bir ucdan futbolçularla danışıq aparır. Bəlkə səni də dəvət edəcəklər?
- Vallah, nə deyim? Mənimlə Zaur müəllim şəxsən danışmışdı. Bundan sonra hansı məşqçinin gələcəyi bilinmir. Ona görə də söz demək çətindi (Futbol+).





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right